İrəvanda kütləvi etirazlar: Müxalifət İctimai Radionu ələ keçirdi (VİDEO)

İrəvanda kütləvi etirazlar: Müxalifət İctimai Radionu ələ keçirdi (VİDEO)
  14 Aprel 2018    Oxunub:7085
Ermənistan müxalifəti ölkənin ictimai radiosunu ələ keçirib.

AzVision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. “Vətəndaş müqaviləsi” birliyi partiyasının sədri Nikol Paşinyan bildirib ki, ölkənin ictimai radiosu Serj Sarkisyanın yaratdığı saxta dövlətin elementidir.
Onun sözlərinə görə, radionun ələ keçirilməsində məqsəd informasiya blokadasına etirazdır. Məlumata görə, müxalifət qüvvələri radionun binasına daxil olduqdan sonra yayım dayandırılıb. Radionun binasına elektrik enerjisi kəsilib. Rəqəmsal və respublika daxili “FM” şəbəkəsi formatında efir yayımı bir saatdan artıq dayanıb. Müxalifət nümayəndələri radionun binasını tərk etdikdən sonra rəqəmsal formatda efir bərpa olunub.

Radionun binasını tərk edən etirazçılar küçələrə çıxaraq Sarkisyan rejimi əleyhinə şüarlar səsələndirirlər. Hazırda etiraz aksiyası davam edir.







Kənan Məmmədov
AzVision.az


Teqlər:





Xəbər lenti