"Namizədlər mənə zəng edərək razılıqlarını bildiriblər" - MSK sədri

"Namizədlər mənə zəng edərək razılıqlarını bildiriblər" - MSK sədri
  15 Aprel 2018    Oxunub:1853
"Prezident seçkilərində bütün namizədlərə bərabər şərait yaradılıb"

AzVision.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında komissiya sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, namizədlər qanunun onlara verdiyi hüquqlardan istifadə ediblər: “Burada hər hansı çətinlik olmayıb. Prezident seçkilərini dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının nümayəndələri də izləyib. Bu seçki əlamətdar hadisə idi".

M.Pənahov deyib ki, prezident seçkilərində iştirak edən namizədlər də bundan razılıq ediblər: “Namizədlər mənə zəng edərək seçkilərin təşkilindən razılıqlarını bildiriblər. Bu seçkilər Azərbaycanın tarixinə yazılan ən uğurlu səhifələrdən biridir”.

Elvin Abdulqədirov
AzVision.az



Teqlər: MSK   Seçki  





Xəbər lenti