Bir neçə seçki məntəqəsinin nəticələri ləğv edilib

Bir neçə seçki məntəqəsinin nəticələri ləğv edilib
  15 Aprel 2018    Oxunub:5096
Aprelin 11-də keçirilən prezident seçkilərində bir neçə seçki məntəqəsinin nəticələri ləğv edilib.
AzVision.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov deyib.

MSK rəsmisi bildirib ki, 57 saylı Kürdəmir Seçki dairəsinin 2 saylı məntəqəsinin, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinin 26 saylı seçki məntəqəsinin, 73 saylı Lənkəran şəhər Seçki Dairəsinin 10 saylı məntəqəsinin, 74 saylı Lənkəran kənd seçki dairəsinin 12 saylı məntəqəsinin nəticələri ləğv olunub.

Qeyd edilən məntəqələrdə pozuntu halı aşkarlanıb.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti