Məzahir Pənaov: "Onların məqsədi səsverməni müşahidə etmək olmayıb"

  15 Aprel 2018    Oxunub : 602
Məzahir Pənaov: "Onların məqsədi səsverməni müşahidə etmək olmayıb"
“Hansısa məsələ bəzi Avropa ölkələrinin xoşuna gəlməyə bilər, amma bunu zorla qəbul etdirmək olmaz”.
AzVision.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında komissiya sədri Məzahir Pənahov deyib.

"Bəzi beynəlxalq təşkilatların prezident seçkiləri ilə bağlı mövqeyinə sərt münasibətimizi bildirmişik. Niyə Azərbaycana müxtəlif standartlar tətbiq olunmalıdır? Onların məqsədi səsverməni müşahidə etmək olmayıb, məqsədləri başqa olub. Bunun da seçki ilə əlaqəsi yoxdur", - M.Pənahov bildirib.

MSK sədri qeyd edib ki, Azərbaycan inkişafda olan ölkədir və bu inkişaf dünyaya nümunədir.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: MSK   Seçki   Məzahir-Pənahov