MSK yekun protokolu Konstitusiya Məhkəməsinə göndərdi

  15 Aprel 2018    Oxunub : 1492
MSK yekun protokolu Konstitusiya Məhkəməsinə göndərdi
Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında aprelin 11-də keçirilmiş prezident seçkilərinin nəticələrinin yekununa dair protokol tərtib edilib.
AzVision.az-ın məlumatına görə, protokol MSK üzvləri tərəfindən imzalanıb.

MSK səsvermənin ümumi yekunlarına dair protokolun seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib.

MSK-nın yekun protokoluna əsasən, İlham Əliyev 86,02 faiz, Zahid Oruc 3,12 faiz, Sərdar Cəlaloğlu 3,03 faiz, Qüdrət Həsənquliyev 3,02 faiz, Hafiz Hacıyev 1,52 faiz, Araz Əlizadə 1,38 faiz, Fərəc Quliyev 1,17 faiz, Razi Nurullayev 0, 74 faiz səs toplayıb. Prezident seçkilərində seçici fəallığı 74,30 faizi olub.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarını səsvermə günündən sonra 14 gün ərzində rəsmən təsdiq etməlidir.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: MSK   Seçki