Seçkinin yekun nəticələri: İlham Əliyev 86,02 faiz səs toplayıb

  15 Aprel 2018    Oxunub : 2572
Seçkinin yekun nəticələri: İlham Əliyev 86,02 faiz səs toplayıb
Mərkəzi Seçki Komissiyası (MSK) bu gün prezident seçkilərinə yekun vurub.
AzVision.az xəbər verir ki, 11 aprel tarixində keçirilmiş növbədənkənar prezident seçkilərinin yekun nəticələrinə əsasən, hazırkı dövlət başçısı, prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 86,02 faiz (3 milyon 397 min 664) səs toplayaraq seçkilərdə qələbə qazanıb.

Digər namizədlər - Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə – 1,38%; Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1,52%; Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev - 3,02%; Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1,17%; Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3,03%; "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev - 0,74%, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc isə 3,12% səs toplayıb.

Qeyd edək ki, prezident seçkilərində ölkə üzrə 5 milyon 314 min 365 seçicidən 3 milyon 962 min 123 nəfəri (ümumi seçicilərin 74,30 faizi) səsvermədə iştirak edib.

AzVision.az

Teqlər: MSK   Seçki   İlham-Əliyev