Qırğızıstan prezidenti İlham Əliyevi təbrik edib

Qırğızıstan prezidenti İlham Əliyevi təbrik edib
  15 Aprel 2018    Oxunub:1445
Qırğız Respublikasının prezidenti Sooronbay Jeenbekov Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
AzVision.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Sizin inamlı qələbəniz Azərbaycan Respublikasının davamlı və hərtərəfli inkişafına yönəlmiş siyasi xəttinizə Azərbaycan xalqının etimadının parlaq sübutudur.

İnanıram ki, qarşılıqlı hörmət və etimada əsaslanan Qırğızıstan-Azərbaycan münasibətləri birgə səylərimizlə bundan sonra da möhkəmlənəcək və dərinləşəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, rifah və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram”.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Təbrik  





Xəbər lenti