"Astan Şahverdiyev yaxşı insan idi..." - Ağacan Abiyev

"Astan Şahverdiyev yaxşı insan idi..." - Ağacan Abiyev
  16 Aprel 2018    Oxunub:1588
Xəbər verdiyimiz kimi, ötən gün Yeni Azərbaycan Partiyasının üzvü, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Astan Şahverdiyev vəfat edib. Millət vəkilinin ürəktutmasından dünyasını dəyişdiyi bildirilir.
Parlamentin İntizam Komissiyasının sədri, millət vəkili Ağacan Abiyev AzVision.az-a bildirib ki, vəfat edən həmkarını Azərbaycan Texniki Universitetində təhsil aldığı illərdən tanıyır.

"Mən ondan 3 il qabaq universiteti bitirmişəm. Normal münasibətimiz olub. Deputat həmkarı kimi də yaxşı insan idi. Bu gün yas mərasimi olacaq və orada iştirak edəcəyəm" -deyə A.Abiyev vurğulayıb.

Qeyd edək ki, mərhum deputat dəfələrlə qalmaqallı açıqlamaları ilə yadda qalıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Astan-Şahverdiyev   Deputat  





Xəbər lenti