Deputat səfirliklərin yenidən formalaşmasını istəyir

  16 Aprel 2018    Oxunub : 333
Deputat səfirliklərin yenidən formalaşmasını istəyir
“Azərbaycanın səfirlikləri yenidən formalaşmalıdır”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Asim Mollazadə Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deyib.

Deputat bildirib ki, informasiya müharibəsində öz hüquqlarımızı yetərincə müdafiə edə bilmirik. “Yeni texnologiyaları daha mükəmməl öyrənməliyik. Burada söhbət həm siyasi, həm də informasiya texnologiyalarından gedir”.

Deputat Musa Qasımlı da çıxışında diaspor işinin gücləndirilməsinin vacibliyini qeyd edib. O, bildirib ki, ölkə xaricində siyasi mübarizə aparmaq düzgün deyil: "İnformasiya məkanını başqalarının öhdəsinə buraxmamalıyıq".

Anar Kəlbiyev
AzVision.az

Teqlər: Deputat   Milli-Məclis