İrəvanda aksiyada 46 nəfər yaralanıb - (Yenilənib)

İrəvanda aksiyada 46 nəfər yaralanıb - (Yenilənib)
  16 Aprel 2018    Oxunub:3076
Bu gün İrəvanda keçirilən etiraz aksiyasında polislə qarşıdurma zamanı 46 sakin xəsarət alıb.

AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, tibb müəssisələrinə 46 nəfər müraciət edib. Onların bir neçəsi ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

***
Ermənistanın paytaxtı İrəvanda Serj Sarkisyana qarşı keçirilən etiraz aksiyalarında çoxlu sayda nümayişçi yaralanıb.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, aksiyanı dağıtmaq istəyən polislə etirazçılar arasında qarşıdurma baş verib. Polis gözyaşardıcı qazdan istifadə edib.

Erməni KİV-ləri yaralanan gənclərdən birinin görüntülərini yayıb. Jurnalistlərin bildirdiyinə görə, həmin şəxs eşitmə qabiliyyətini və huşunu itirib. Bundan əlavə gözyaşardıcı qaz bir çox sakinin səhhətinin pisləşməsinə səbəb olub.





Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   İrəvan   Etiraz  





Xəbər lenti