Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar Şurası prezidenti təbrik edib

Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar Şurası prezidenti təbrik edib
  16 Aprel 2018    Oxunub:1525
Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar Şurası Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
AzVision.az xəbər verir ki, təbrik məktubunda deyilir: “ Hörmətli Cənab Prezident. Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, möhkəm can sağlığı, gələcək işlərinizdə böyük uğurlar arzulayırıq.

Hörmətli cənab Prezident, Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq Sizin müstəqil Azərbaycan Respublikası, onun vətəndaşları, eləcə də Dünya Azərbaycanlılarının bu günü və uğurlu gələcəyi naminə gördüyünüz əvəzsiz işləri qədirbilən xalqımızı həmişə yüksək səviyyədə qiymətləndirir və qiymətləndirəcəkdir.

Xalqımızın bu il aprelin 11-də Prezident seçkilərində yekdilliklə Sizin namizədliyinizə səs verməsi bunu bir daha sübuta yetirdi. Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar Şurası – QHT olaraq tam qətiyyətlə deyirik ki, Prezidentimiz cənab İlham Əliyev bizim qürur mənbəyimiz, milli fəxrimizdir!.

AzVision.az




Teqlər: İlham-Əliyev   Gürcüstan-Azərbaycanlılarının-Ağsaqqallar-Şurası  





Xəbər lenti