“Gürcüstan” qəzetindən prezidentə təbrik məktubu

“Gürcüstan” qəzetindən prezidentə təbrik məktubu
  16 Aprel 2018    Oxunub:1539
“Gürcüstan” qəzetinin redaksiyası Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
AzVision.az xəbər verir ki, təbrik məktubunda deyilir: "Çox hörmətli İlham Heydər oğlu! Azərbaycan Respublikasının Prezidenti seçkilərində Sizin şanlı qələbəniz bütün dünya azərbaycanlıları kimi, gürcüstanlı azərbaycanlıların da böyük sevincinə səbəb olmuşdur.

Ümummilli Liderimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi Sizin rəhbərliyiniz altında ölkədə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın dünyada nüfuzu artmış, bölgədə liderlik mövqeyi daha da güclənmiş və xalqımız sabitliyin, təhlükəsizliyin tam təminatçısı olan prezidentinə yenidən etimad göstərmişdir.

Cənab Prezident, Sizi inamlı qələbəniz münasibətilə təbrik edir, Azərbaycan Respublikasının rifahı, xalqımızın xoşbəxt gələcəyi, ölkənin ərazi bütövlüyünün bərpası yönümündə böyük uğurlar diləyirik. Əminik ki, Ulu Öndərin siyasi kursuna sədaqətlik nümunəsi həmişə uğur, qələbə gətirəcək, Azərbaycanın qüdrəti artıb çiçəklənəcək, xalqımız İlhamıyla daha xoşbəxt günlərini yaşayacaqdır!".

AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti