“Borçalı-İrəli” İB kollektivi prezidenti təbrik edib

“Borçalı-İrəli” İB kollektivi prezidenti təbrik edib
  16 Aprel 2018    Oxunub:1097
“Borçalı-İrəli” İctimai Birliyinin kollektivi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
AzVision.az xəbər verir ki, təbrik məktubunda deyilir: “Möhtərəm cənab Prezident. Aprel ayının 11-də keçirilən Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı və uğurlu qələbəniz münasibətilə Sizi və müdrik Azərbaycan xalqını ürəkdən təbrik edirik. Bu seçkilərdə Azərbaycan xalqı Sizə səs verməklə Azərbaycanın suverenliyinə, tərəqqisinə, rifahına və ən əsası, Cənubi Qafqazda sülhə və əmin-amanlığa səs vermiş oldu.

Dünya azərbaycanlılarının ümummilli lideri Heydər Əliyevin qurucusu olduğu müasir Azərbaycan Respublikası Sizin rəhbərliyiniz altında bir çox ilklərin müəllifidir. Azərbaycanın qüdrətlənməsi, sürətli inkişafı, regionda və dünyada söz sahibinə çevrilməsi, xalqımızın firavan həyat sürməsi, eyni zamanda, Gürcüstan–Azərbaycan dostluğu və strateji tərəfdaşlığı Gürcüstan azərbaycanlılarına qürur və sevinc bəxş edir. İki ölkə arasındakı əlaqələr Gürcüstan ictimaiyyəti və gəncliyi tərəfindən də yüksək dəyərləndirilir.

Hörmətli Prezident, bu seçkilərin demokratik və şəffaf keçirilməsi bir daha dünyaya sübut etdi ki, Azərbaycanda hakimiyyət demokratik prinsiplər üzərində qurulub, Azərbaycan tolerant ölkədir və multikulturalizmin mərkəzidir.

Möhtərəm cənab Prezident, Sizi və Azərbaycan xalqını uğurlu qələbəniz münasibətilə bir daha səmimi qəlbdən təbrik edirik. Biz fəxr edirik ki, Heydər Əliyev kimi liderimiz, Sizin kimi dünya şöhrətli siyasətçimiz var. Uca Tanrı Sizə və Odlar Diyarına zəfərlər və zirvələr nəsib etsin”.

AzVision.az



Teqlər: İlham-Əliyev  





Xəbər lenti