Qarabağda erməni əsgər xidmət yoldaşını güllələyib

Qarabağda erməni əsgər xidmət yoldaşını güllələyib
  17 Aprel 2018    Oxunub:2064
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni əsgərin ölümü ilə nəticələnən insidentin təfərrüatları məlum olub.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ön xətt bölmələrində hərbçilərlə döyüş növbəsi çəkən bölüyün əsgərləri arasında yerlibazlıq zəminində dava düşüb.
Əsgər Alik Karapetyan snayper manqasının komandiri Armik adlı hərbçi tərəfindən odlu silahla vurulub. Ağdərə xəstəxanasına çatdırılan əsgərə ilkin tibbi yardım göstərildikdən sonra hərbi hospitala göndərilib. Həkimlərin səyinə baxmayaraq, Karapetyanın həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

AzVision.az


Teqlər: Qarabağ  





Xəbər lenti