17 marşrutun hərəkət sxemi dəyişdiriləcək

17 marşrutun hərəkət sxemi dəyişdiriləcək
  17 Aprel 2018    Oxunub:1090
Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz faəliyyətini təmin etmək məqsədi ilə 17 marşrut xətti üzrə (1, H1, 2, 4, 5, 6, 8, 14, 18, 31, 37, 46, 61, 65, 77, 88, 124) avtobusların hərəkət sxemində dəyişiklik ediləcək.
AzVision.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, 125 nömrəli marşrut xəttinin fəaliyyəti isə müvəqqəti olaraq dayandırılılacaq.

Müvafiq marşrut xətləri üzrə nəzərdə tutulan dəyişikliklər aprelin 23-dən tətbiq ediləcək və mayın 1-nə qədər qüvvədə olacaq.



AzVision.az


Teqlər: BNA   Avtobus  





Xəbər lenti