Prezidentin ünvanına təbriklər gəlməkdə davam edir

Prezidentin ünvanına təbriklər gəlməkdə davam edir
  18 Aprel 2018    Oxunub:1636
Küveyt Dövlətinin Vəliəhdi Nəvaf Əl-Əhməd Əl-Cabir Əl-Sabahdan Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Zati-aliləri. Azərbaycan Respublikasında keçirilən prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizə ən xoş təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram. Yeni prezidentlik dönəminizdə də dost Azərbaycan xalqı üçün xeyir-bərəkət və inkişaf naminə həyata keçirəcəyiniz işlərdə Sizə davamlı uğurlar diləyirəm.

Bu xoş fürsətdən istifadə edərək, Sizə cansağlığı və səadət arzulayır, dost ölkələrimiz arasında əlaqələrin gücləndirilməsi ilə bağlı qəti inamımızı bir daha ifadə edirəm".

***

Estoniya Prezidenti Kersti Kalyulaydan Prezident İlham Əliyevə təbrik məktubu gəlib: "Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi yolunda birgə çalışmağa davam edəcəyik.

Mənim ən yüksək ehtiramımı, eləcə də Azərbaycan Respublikasının və onun xalqının rifahı və firavanlığı üçün ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm".

***

XXI Avrasiya İqtisadi Zirvə toplantısının iştirakçıları adından təbrik: "Hörmətli cənab Prezident. Qardaş Azərbaycan xalqının böyük xeyir-duası ilə yenidən Azərbaycan Prezidenti seçilməyiniz münasibətilə XXI Avrasiya İqtisadi Zirvə toplantısının iştirakçıları adından Zati-alinizi səmimi qəlbdən təbrik edirik.

Ali rəhbərliyinizlə hər ötən gün daha sabit və sülh şəraitində inkişaf edən Azərbaycan xalqını bu seçim münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayırıq".

***

Seneqal Respublikasının Prezidenti Məkki Sall: "Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik etməkdən böyük məmnunluq duyuram.

Ölkənizin inkişafı, vətəndaşlarınızın rifahı naminə ali dövləti fəaliyyətinizdə Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram.

Ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrini möhkəmləndirmək üçün birgə səylərimizi davam etdirmək əzmində olduğuma əmin ola bilərsiniz".

***

Neft İxrac edən Ölkələr Təşkilatının baş katibi Məhəmməd Sanusi Barkindodan:

"Zati-aliləri cənab Prezident. Azərbaycan Respublikasının Prezidenti seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) bütün üzv ölkələri adından ürəkdən təbrik edirəm. Seçicilərin böyük əksəriyyətinin Sizə səs verməsi ölkənizin rəhbəri kimi Sizin vacib rol oynadığınızı bir daha təsdiq etdi. Əminik ki, Siz Azərbaycanın tərəqqisi, rifahı və sabitliyi istiqamətində yorulmaz fəaliyyətinizi uğurla davam etdirəcəksiniz.

Böyük məmnuniyyətlə qeyd etmək istərdim ki, 2016-cı ildə “Əməkdaşlıq Bəyannaməsi”nin qəbul edilməsində Azərbaycanın fəal və konstruktiv rolu danılmazdır. Azərbaycanın və digər neft ixrac edən ölkələrin nümayiş etdirdiyi dəstək və həmrəylik bu gün dünya neft bazarında sabitliyin bərpa edilməsində əhəmiyyətli rol oynamışdır. Fürsətdən istifadə edərək, bu prosesin uğurla həyata keçirilməsində davamlı dəstəyinizə görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm.

Sizin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz dünya enerji məsələləri üçün əhəmiyyətli bir dönəmə təsadüf edir və neft ixrac edən ölkələrin birgə səylərinin daha da möhkəmləndirilməsi və həyata keçirilməsi istiqamətində Sizin aparıcı rolunuzu davamlı edir. Bu il martın 18-19-da ölkənizdə səfərdə olarkən mənə və Neft İxrac edən Ölkələr Təşkilatının nümayəndə heyətinə göstərdiyiniz səmimi qonaqpərvərliyi məmnunluqla xatırlayırıq. Azərbaycanda Sizinlə apardığımız müzakirələr çox məhsuldar və əhatəli olmaqla yanaşı, həm də geniş imkanlar vəd edir. Beləliklə, Neft İxrac edən Ölkələr Təşkilatının üzv ölkələri olaraq gələcəkdə də Azərbaycanla əməkdaşlığı genişləndirmək üçün mümkün yeni perspektivləri araşdırmaq niyyətindəyik.

Zati-aliləri, Sizi bir daha səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram".

***

Rusiya Federasiyasının Sankt-Peterburq şəhəri Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarovdan: "Hörmətli İlham Heydər oğlu. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Rusiyanın Sankt-Peterburq şəhəri Qanunvericilik Məclisinin deputatları adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Seçkilərdə inamlı qələbəniz Sizin siyasi nüfuzunuzun yüksək olduğunu əyani surətdə təsdiq edir, Azərbaycanın qarşısında duran aktual sosial-iqtisadi və xarici siyasət məsələlərinin həllində Zati-alinizin xidmətlərinin etiraf olunduğunu göstərir.

Azərbaycan xalqı öz ölkəsinin sabit gələcəyinin, tərəqqisinin və firavanlığının xeyrinə bu dəfə də düzgün seçim edib. Ümidvaram ki, Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə Rusiya Federasiyası ilə qarşılıqlı faydalı dostluq əlaqələrini vətəndaşlarımızın başlıca maraqlarına tam müvafiq surətdə möhkəmləndirmək xəttini davam etdirəcək. Öz tərəfimdən Sizi əmin edirəm ki, biz də xalqlarımızın çoxəsrlik ənənələrə əsaslanan dostluq və əməkdaşlıq ruhuna həmişə sadiq qalacağıq.

İcazə verin, Sizə möhkəm cansağlığı və firavanlıq, Azərbaycan vətəndaşlarının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar diləyim".

***

ASAP – Beynəlxalq Reklam və Tanıtım Təşkilatının prezidenti Lluis J. Gilbertdən: "Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi məmnuniyyətlə təbrik edir, yeni səlahiyyət müddətinizin də uğurlu keçməsini arzulayıram.

2018-ci il aprelin 28-də Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisini izləmək üçün şəhərinizdə səfərdə olarkən Sizinlə görüşməkdən məmnun olardım.

Xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz".

***

BP şirkətinin baş icraçı direktoru Robert Dadlidən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Cənab Prezident İlham Əliyev. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi BP şirkətinin adından səmimi qəlbdən təbrik edirəm. Ali dövləti vəzifənizdə uğurlarınızın davamlı olmasını arzulayıram.

Müasir müstəqil Azərbaycan çox qısa bir müddət ərzində özünü regionun güclü dövlətlərindən birinə çevirə bilib. BP şirkəti olaraq biz Azərbaycanın dünyanın aparıcı neft və qaz istehsal edən ölkələrindən birinə çevrilməsinə göstərdiyimiz dəstəyə görə iftixar hissi duyuruq. Ölkənizlə olan bu tərəfdaşlığımızı gələcəkdə də uzun müddət davam etdirmək arzusundayıq.

Sizə ən yüksək ehtiramımı bildirirəm. Cənab Prezident, yaxın vaxtlarda Sizinlə görüşməyə ümidvaram".

***

Qətər Dövlətinin sabiq Baş naziri və sabiq xarici işlər naziri Şeyx Həməd bin Casim bin Cabir Al Tanidən: "Zati-aliləri. Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbəniz münasibətilə Sizə ən xoş arzularımı və səmimi təbriklərimi çatdırmaq istərdim.

Dost Azərbaycan xalqının rifahı naminə və qardaş ölkələrimiz arasında ikitərəfli əlaqələrin genişləndirilməsi istiqamətində ali dövləti vəzifələrinizin həyata keçirilməsində Zati-alinizə uğurlar arzulayıram. Ən dərin ehtiramımı qəbul etməyinizi Zati-alinizdən xahiş edirəm".

***

Kiyev şəhərindən “Azərbaycan–Ukrayna” Beynəlxalq Alyansının sədri Elmar Məmmədovdan: "Möhtərəm cənab Prezident. Ölkəmizdə keçirilən prezident seçkilərində yenidən qazandığınız möhtəşəm və tarixi qələbəniz münasibətilə Sizi “Azərbaycan–Ukrayna” Beynəlxalq Alyansının üzvləri, Ukraynada yaşayan soydaşlarımız adından və şəxsən öz adımdan təbrik edirəm. Birliyimizin və həmrəyliyimizin əsasında Azərbaycan Respublikasının müstəqilliyi dayanır. Bu müstəqilliyin qorunması, inkişafı və dünya birliyində ölkəmizin mövqeyinin möhkəmləndirilməsi naminə ali dövləti fəaliyyətinizdə Sizə uğurlar və möhkəm cansağlığı arzulayıram.

Əminəm ki, Azərbaycan hər zaman Sizin rəhbərliyinizlə tərəqqi, quruculuq, sabitlik və müasirlik timsalı olacaqdır.

Azərbaycan Sizinlə güclü, Sizinlə qüdrətlidir!

Respublikamızda sabitliyin davamlı olması naminə Sizə tükənməz enerji və məqsədyönlü işlərinizdə yeni-yeni uğurlar diləyirəm".

***

TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Mirça Çiopraqadan:

"Zati-aliləri, möhtərəm cənab Prezident. Mənzil-qərargahı Bakı şəhərində yerləşən TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyi adından və şəxsən öz adımdan Sizə ən yüksək ehtiramımızı bildiririk.

Zati-aliləri, aprelin 11-də keçirilən prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi və Azərbaycan xalqını təbrik etməkdən şərəf duyuram. Sizə prezidentliyinizin yeni dönəmində də uğurlar arzulayıram.

Hörmətli cənab Prezident, bu xoş fürsətdən istifadə edərək Zati-alinizə, ailənizə və yaxınlarınıza ən dərin hörmətimi bildirir, səadət, müvəffəqiyyət və cansağlığı diləyirəm.

Azərbaycan Respublikası tərəfindən ölkə iqtisadiyyatının inkişafı üçün atılan real addımları və Avropa-Qafqaz-Asiya (TRASEKA) Beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində ölkələr arasında dialoqun və əməkdaşlığın dərinləşməsi işinə verdiyiniz mühüm töhfələri və göstərdiyiniz səyləri xüsusi vurğulamaq istərdim.

Zati-aliləri, Sizə ən yüksək ehtiramımızı bir daha vurğulayır, rəhbərliyinizlə Azərbaycan Respublikası tərəfindən TRASEKA Beynəlxalq nəqliyyat dəhlizinə gələcəkdə də dəstək göstəriləcəyinə ümidvar olduğumu bildirirəm.

Yaşasın müstəqil Azərbaycan Respublikası!"

***

Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlyumjinovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib:

"Hörmətli İlham Heydər oğlu. Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ölkə əhalisinin Sizə göstərdiyi bu etimad dövlətin mənafeyi naminə uzun illər səmərəli fəaliyyətinizin qanunauyğun nəticəsidir. Seçkilərin nəticələri Azərbaycan xalqının maraqlarını və ümidlərini doğruldan təcrübəli və məsuliyyətli siyasi xadim kimi Sizin yüksək nüfuzunuzun danılmaz sübutudur.

Beynəlxalq Şahmat Federasiyası ilə Sizin gözəl ölkəniz arasında uzun illər davam edən məhsuldar dostluq münasibətləri mövcuddur. Bakıda keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadası bütün şahmat aləmində xoş xatirə kimi iz qoydu. İdman ictimaiyyəti bu Olimpiadanı tarixdə ən yaxşı şahmat yarışı hesab edir. “Məktəblərdə şahmat” proqramı fəal inkişaf etdirilir, bölgələrdə şahmat klubları açılır, beynəlxalq turnirlər keçirilir. Azərbaycan yığması dəfələrlə Avropa komanda çempionatlarında qalib olub. Azərbaycan şahmat məktəbinin, onun çox güclü oyunçularının nüfuzu olduqca yüksəkdir və heç şübhəsiz ki, bu işdə Sizin şəxsi xidmətləriniz böyükdür. Bu il aprelin 18-də Şəmkirdə keçiriləcək 5-ci superturnirin açılış mərasimində böyük məmnuniyyətlə iştirak edəcəyəm.

Sizinlə görüşlərimizi səmimiyyətlə xatırlayıram və bu xoş fürsətdən istifadə edərək, aprelin 19-da Sizin üçün əlverişli olan istənilən saatda ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək üçün görüşməyə razılıq verməyinizi xahiş edirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, tükənməz enerji və ali dövləti vəzifənizdə uğurlar, Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram".

***

Etnik Anlaşma Fondunun sədri Ravvin Mark Şnayerdən, “Eagles’ Wings” şirkətinin icraçı direktoru, Amerika Birləşmiş Ştatları, Nyu-York şəhəri Yepiskop Robert Sternzdən:

"Möhtərəm cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik.

Biz etiqad sahibləri olaraq dünyada mədəniyyətlərarası və dinlərarası dialoqun daha da möhkəmləndirilməsi sahəsində Sizin rəhbərliyinizlə Azərbaycanın aparıcı rol oynamasını yüksək qiymətləndiririk.

Antisemitizmə qarşı mübarizənizə və Azərbaycanda yəhudi icmasının əmin-amanlıq şəraitində yaşaması üçün atdığınız addımlara görə Sizə minnətdarlığımızı bildiririk. İsrail Dövləti Azərbaycanın multikulturalizm modelini yüksək qiymətləndirir və bunu dünyanın digər ölkələri üçün nümunə hesab edir. Həmçinin terrorizmə və ekstremizmə qarşı mübarizədə ABŞ ilə birgə müttəfiqlik etdiyinizə görə Azərbaycana minnətdarıq.

Azərbaycan Respublikasının inkişafı naminə həyata keçirdiyiniz siyasi islahatlar və digər fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzu edirik".

***

Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının sədri İqbal Hacıyevdən: "Möhtərəm cənab Prezident. Aprelin 11-də keçirilən prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının bütün üzvləri adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Sizin qələbəniz Azərbaycanımızın hərtərəfli inkişafına, yüksəlişinə yönəlmiş siyasi kursunuza xalqımızın böyük etimadının göstəricisidir.

Doğma vətənimiz Azərbaycan Sizin rəhbərliyiniz sayəsində sürətlə inkişaf edir. İqtisadiyyatımızın dinamik inkişafı və xalqımızın rifahının yaxşılaşması naminə gördüyünüz işlər hər bir azərbaycanlı üçün qürur mənbəyidir.

Respublikamızda həyata keçirilən dövlət gənclər siyasəti gənclərin hərtərəfli inkişafını, onların cəmiyyət həyatında fəal iştirakını təmin etməkdədir. Bu siyasət gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, cəmiyyətin bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Ölkə gəncləri demokratikləşmə prosesində fəal iştirak edir, mədəniyyət, incəsənət, elm, idman və digər sahələrdə parlaq nailiyyətlər qazanır, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli islahatların reallaşdırılmasında yaxından iştirak edirlər.

Möhtərəm cənab Prezident, Azərbaycanımızın bütün bu uğurlara imza atması, sürətli iqtisadi inkişaf tempi ilə dünyada aparıcı mövqelərini qoruyub saxlaması məhz Sizin rəhbərliyiniz altında dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış mükəmməl mexanizminin həyata keçirilməsi sayəsində mümkün olub.

Fürsətdən istifadə edərək, Sizi prezident seçkilərində qazandığınız qələbə münasibətilə bir daha təbrik edir, Azərbaycanımızın, xalqımızın tərəqqisinə xidmət edən siyasətin və şərəfli missiyanızın həyata keçirilməsi yolunda yeni-yeni uğurlar arzulayıram".

***

Polşanın Varşava şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzi Cəmiyyətinin sədri Şəhla Kazımovadan:

"Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Sizin rəhbərliyinizlə vətənimiz Azərbaycanın sabitlik, əmin-amanlıq və rifah içində yaşayan ölkə olaraq daha da inkişaf etməsini arzulayırıq.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, Ulu Tanrıdan Sizə möhkəm cansağlığı, həmvətənlərimizə sülh və firavanlıq diləyirik".

***

Yunanıstanın “Motor Oil Hellas”, “Vegas Oil and Gas” şirkətlərinin sədri Vardis Vardinoyannisdən və xanımı Marianna Vardinoyannisdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Zati-aliləri. Yüksək peşəkarlığınız və dahi şəxsiyyətinizə xalqın inam və hörmətinin əsl sübutu olaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimizi Zati-alinizə çatdırmaq istərdik.

Mükəmməl rəhbərlik bacarığınız, şərəfli və məsuliyyətli işiniz, güclü əzmkarlığınız və gözəl ölkənizə olan tükənməz sevginiz Sizi Azərbaycanın inkişafı və xalqınızın rifahının yüksəlməsi naminə ali dövləti fəaliyyətinizdə və nəcib ideyalarınızın həyata keçirilməsində ilhamlandıran mənbələrdir.

Əminik ki, Sizin ruhlandırıcı rəhbərliyinizlə ölkənizdə əmin-amanlıq, sabitlik daha da möhkəmlənəcək, xalqınızın rifahı yüksələcək, Azərbaycanın beynəlxalq arenada bütün bəşəriyyətin xeyrinə rolu getdikcə artacaq".

***

Bütün Gürcüstanın katolikos-patriarxı, Mtsxeta və Tbilisinin arxiyepiskopu, Pitsunda və Suxumi–Abxaziya mitropoliti II İliyadan Prezident İlham Əliyevə təbrik məktubu gəlib:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bu, ölkənizin xalqının Sizə yüksək etimadının və sevgisinin təzahürüdür.

Sizə möhkəm cansağlığı, tükənməz güc, ölkənizə isə firavanlıq və rifah arzulayıram".

***

MDB İcraiyyə Komitəsinin sədri – icraçı katibi Sergey Lebedevdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Prezident seçkilərində inamlı qələbəniz Sizin məqsədyönlü siyasi xəttinizə Azərbaycan xalqının dəstəyinin parlaq sübutudur.

Sizin səriştəli rəhbərliyiniz ilə ölkənizdə davamlı iqtisadi, sosial və inzibati islahatlar gerçəkləşdirilir, ictimai münasibətlərin və dövlət təsisatlarının tam demokratikləşməsi həyata keçirilir.

Bu uzaqgörən strateji xəttin davamlı reallaşması sayəsində Azərbaycanın yaxın və uzaq xarici ölkələrdə nüfuzu daha da yüksəlir, beynəlxalq arenada onun fəallığı və rolu durmadan artır.

İnanıram ki, Prezident kürsüsündə bundan sonrakı fəaliyyətiniz respublikanızın siyasi və sosial-iqtisadi inkişafında yeni nailiyyətlər qazanmasına, Müstəqil Dövlətlər Birliyi çərçivəsində inteqrasiya proseslərinin daha da genişlənməsinə və dərinləşməsinə kömək edəcəkdir.

Prezident seçkilərində qələbəniz münasibətilə səmimi təbriklərimi bir daha çatdırmaqla yanaşı, Sizə möhkəm cansağlığı, əmin-amanlıq və çoxşaxəli dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".

***

Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Firdovsi Hüseynovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Özbəkistanda yaşayan Azərbaycan diasporu və diaspor təşkilatlarının rəhbərləri adından ürəkdən təbrik edirəm.

Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılara məlumdur ki, Sizin respublikaya rəhbərlik etdiyiniz dövrdə Azərbaycanın siyasi, iqtisadi və mədəni sahələrdə nailiyyətləri sürətlə artmış, apardığınız müdrik xarici siyasət nəticəsində beynəlxalq arenada ölkənin nüfuzu son dərəcədə yüksəlmişdir.

Sizin bilavasitə rəhbərliyinizlə keçirilən bütün beynəlxalq tədbirlər dünyanın hər yerində olduğu kimi, Özbəkistanda da yüksək qiymətləndirilir.

Özbəkistanda yaşayan azərbaycanlılar Sizin yenidən Prezident seçilməyinizdən sevinc hissi duyur, bunu Azərbaycan xalqının Sizə olan etibarının, etimadının və hörmətinin göstəricisi hesab edirlər.

Həmişə siyasi müdrikliyi ilə seçilən xalqımızı Sizin simanızda təbrik edir və dərin hörmətimizi ifadə edirik.

Sizi əmin edirik ki, Özbəkistanda fəaliyyət göstərən diaspor təşkilatları öz işində daim fəal olacaq, Azərbaycanın daxili və xarici siyasətini, ümummilli və dövlət işi ilə bağlı strateji mövqeyini daim dəstəkləyəcəklər.

Bütün dünyada olduğu kimi, Özbəkistanda da diaspor quruculuğunun, təşkilatlanmasının və inkişafının ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu biz heç zaman unutmur, onun arzu və tövsiyələrini işimizdə rəhbər tuturuq.

Hörmətli cənab Prezident, Sizi bir daha əmin edirik ki, Özbəkistandakı Azərbaycan diasporu inkişaf etməklə yanaşı, ölkəmizin və xalqımızın nüfuzunun artması naminə əlindən gələni heç vaxt əsirgəməyəcəkdir.

Bildiyimiz kimi, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Sizi təbrik edərək, ölkəyə rəsmi səfərə dəvət etmişdir. Biz də Sizinlə Özbəkistanda görüşmək arzusundayıq.

Sizə möhkəm cansağlığı arzulayır və ali dövləti fəaliyyətinizdə böyük uğurlar diləyirik".

***

Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin və Rusiya Müftilər Şurasının sədri, Rusiya Federasiyası Prezidenti yanında Dini Birliklərlə Qarşılıqlı Fəaliyyət Şurasının üzvü müfti şeyx Ravil Qaynutdindən Prezident İlham Əliyevə təbrik məktubu gəlib:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Sizin inamlı qələbəniz prezidentliyinizin əvvəlki dönəmlərində respublikada gedən sürətli inkişafı və əldə olunan uğurları qardaş Azərbaycan xalqının yüksək qiymətləndirdiyini göstərdi.

Sizə və Sizin şəxsinizdə Azərbaycan Respublikasına sabit və davamlı inkişaf, iqtisadiyyat, elm və mədəniyyət sahələrində yeni-yeni nailiyyətlər, hər bir ailəyə firavanlıq və xoşbəxtlik arzu edirəm. Dualarımla arzu edirəm ki, dost ölkələrimiz və qardaş xalqlarımız arasında qarşılıqlı münasibətlər daha da möhkəmlənsin və ümumi firavanlığımız naminə yeni dəyərlərlə zənginləşsin.

İcazə verin, Sizə Azərbaycan vətəndaşlarının rifahının yaxşılaşmasına, respublikada müxtəlif dinlərin və etnosların nümayəndələri arasında etimad və qardaşlıq mühitinin inkişafına yönəlmiş bütün təşəbbüslərinizdə uğurlar, Müstəqil Dövlətlər Birliyi çərçivəsində qarşılıqlı anlaşmanın və əməkdaşlığın möhkəmlənməsinə istiqamətlənmiş xarici siyasət xəttinizin davamlı olmasını arzu edim.

Qoy, Uca Allah Sizə bütün işlərinizdə uğurlar, rifah və möhkəm cansağlığı nəsib etsin".

***

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Seçkilərdəki inamlı qələbəniz Sizin yüksək nüfuzunuzun danılmaz etirafı, xalqınızın rifahının daha da yaxşılaşmasına, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə yönəlmiş siyasi kursunuza verilən layiqli qiymətdir.

Rusiya ictimaiyyəti Sizin bu qələbənizi əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş ənənəvi dostluq münasibətlərinin hərtərəfli inkişafı üçün zəmin hesab edir.

Biz Azərbaycanın və Rusiyanın regionları, o cümlədən Dağıstan arasında dostluq münasibətlərinin və parlamentlərarası əlaqələrin inkişafına verdiyiniz dəstəyi yüksək dəyərləndiririk.

Sizə möhkəm cansağlığı, sülh və əmin-amanlıq, Azərbaycan Respublikasının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram".

***

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti – idarə heyətinin sədri Andrey Kostindən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir: "Sizi Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə VTB Bankın İdarə Heyətinin kollektivi adından və şəxsən öz adımdan təbrik edirəm. Siz təcrübəli siyasi xadim, öz Vətənini qəlbən sevən, var qüvvəsi ilə ölkəsinə xidmət edən nüfuzlu lider keyfiyyətlərinə malik Prezidentsiniz.

Tam əminəm ki, Sizin geniş baxışlarınız, səyləriniz və əməksevərliyiniz, zəngin həyat təcrübəniz və daim təkmilləşməyə can atmağınız ölkənizi qarşıdakı illərdə daha da inkişaf etdirəcək.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Rusiyanın sistemyaradıcı VTB bankındakı kapitalını yüksək dəyərləndiririk. Bu, Rusiya ilə Azərbaycan arasında səmimi dostluğu, etimadı və qarşılıqlı məhsuldar iqtisadi əlaqələri təsdiqləyir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və ölkənizin rifahı naminə uzun illər səmərəli fəaliyyət arzulayırıq.

Qoy, uğur həmişə Sizinlə olsun. Doğmalarınız və yaxınlarınız isə etibarlı dayağınız və dəstəyiniz olaraq qalsınlar".

***
Paraqvay Respublikası parlamentinin deputatı, Deputatlar Palatasının keçmiş sədri Xuan Bartolome Ramiresdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Azərbaycan xalqının bu seçimi Sizin uğurlu fəaliyyətinizə və şəxsiyyətinizə olan dərin inamın əyani təsdiqidir.

Bu yaxınlarda Sizin gözəl ölkənizdə səfərdə olduq. Bizi şəxsən qəbul etdiyinizə, səfər müddətində göstərilən yüksək diqqətə və qonaqpərvərliyə görə Sizə səmimi qəlbdən təşəkkür edirik. Biz əyani şəkildə gördük ki, Azərbaycan Sizin rəhbərliyinizlə böyük uğurlara nail olub.

Cənab Prezident, Sizə ali dövləti fəaliyyətinizdə yeni nailiyyətlər və möhkəm cansağlığı arzulayıram".

***
Gürcüstan, Bolnisi Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin sədri, “Ümid” qəzetinin redaktoru Əlixan Yəhyaoğlundan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir: "Sizi Azərbaycan Respublikasının Prezidenti seçkilərində yenidən inamlı qələbəniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Bu qələbə Azərbaycan vətəndaşlarının Sizə göstərdiyi böyük etimadın, hörmət və rəğbətin, siyasi nüfuz və kursunuzun xalq tərəfindən böyük ruh yüksəkliyi ilə dəstəklənməsinin bariz nümunəsidir.

Prezidentliyinizin bütün dövrlərində ölkə iqtisadiyyatı dinamik inkişaf edib, əhalinin həyat şəraiti yaxşılaşıb, xarici sərmayələrin yatırılması uğurla davam edib, yeni iş yerləri açılıb.

Möhtərəm Prezident, Siz Gürcüstanın azərbaycanlı əhalisi haqqında daim düşünür, ata-baba torpaqlarımızda rahat və firavan yaşamağımızın qayğısına qalırsınız. Buna görə Sizə səmimi qəlbdən təşəkkür edirəm. Gürcüstan azərbaycanlıları Sizi və Sizin siyasi kursunuzu həmişə dəstəkləyib və bundan sonra da dəstəkləyəcəyinə əmin ola bilərsiniz.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm".

***
Rusiyada Federasiyasının Ryazan vilayətindəki Azərbaycan diasporunun rəhbəri Samir Qarayevdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib:

"Xalqımızın yüksək etimad göstərərək Sizi yenidən doğma Azərbaycanımızın Prezidenti seçməsi münasibətilə Zati-alinizi səmimi qəlbdən təbrik edirəm.

Biz Rusiyanın Ryazan vilayətində yaşayan azərbaycanlılar həmişə Sizin fəaliyyətinizi dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Sizin xalqın rifahının yaxşılaşdırılmasına, respublikanın dinamik inkişafına və Azərbaycanın beynəlxalq arenada layiqli təmsil olunmasına yönələn dövləti fəaliyyətinizi ürəkdən alqışlayır və Sizə yeni uğurlar diləyirik".

***
TÜRK-AV-ın sədri, Türkiyə Vəkillər Birliyinin sədri professor Mətin Feyzioğlundan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyinizin həm bölgədə sülhə və sabitliyə, həm də Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının inkişafına töhfə verəcəyinə inamımı bildirməkdən məmnunluq duyuram.

Sizin bu inamlı qələbəniz Türkiyə Vəkillər Birliyinin təşəbbüsü ilə yaradılan TÜRK-AV (Türkdilli və Qohum Ölkələrin Vəkillik Qurumlarının Birliyinin) qurucularından olan və bir müddət əvvəl idarə heyətinə üzv seçilən Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə həyata keçirdiyimiz birgə fəaliyyətin iki ölkə arasında əməkdaşlığın hüququn təhlükəsizlik çətiri altında inkişaf etdiriləcəyinə olan inamımızı artırıb.

Yenidən Prezident seçilməyiniz münasibətilə Sizi təbrik edir, bunun dost və qardaş Azərbaycan xalqına xeyirli olması diləyi ilə dərin ehtiramımı bildirirəm".

***
2008-2015-ci illərdə Moldova Respublikasının ombudsmanı, İctimai Palatanın prezidenti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldova, Rumıniya, Ukrayna, Macarıstan və Bolqarıstan üzrə nümayəndəliyinin rəhbəri Aureliya Qriqoriudan:

"Sizi Prezident seçkilərində inamlı qələbəniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Bu, çox mühüm bir qələbədir. Bu, uzun müddət ərzində Sizin rəhbərliyinizlə ölkənin idarə olunmasına, eləcə də yürütdüyünüz daxili və xarici siyasətə Azərbaycan xalqının verdiyi hərtərəfli dəstəkdir.

Düzünü desəm, mən seçkilərin bu cür nəticələnəcəyinə əmin idim, çünki indiki mürəkkəb dünyada Sizin yürütdüyünüz siyasəti yeganə düzgün, elmi və siyasi cəhətdən əsaslandırılmış və çox məhsuldar hesab edirəm.

Azərbaycan qeyri-adi iqlimi, qədim tarixi, çoxmillətli və çoxetiqadlı əhalisi, xüsusilə də qonaqpərvərliyi, habelə dostsevər xalqı olan gözəl bir ölkədir. Azərbaycanlılar istər öz vətənlərində, istərsə də dünyanın istənilən yerində qonaqları həmişə açıq qəlblə qarşılayırlar.

Ölkənizdən olan, tutduğu vəzifəsindən və ya mövqeyindən, yaşayış yeri və ya maddi imkanından asılı olmayaraq istənilən nümayəndələrlə ünsiyyət qurarkən, mən əmin oluram ki, cənab Prezident, Azərbaycanı xüsusi qürur və fəxr hissi ilə təmsil etdiyiniz üçün hər kəs Sizə böyük hörmətlə, ehtiram və minnətdarlıqla yanaşır. Azərbaycan dövlətinin inkişafı və daha da çiçəklənməsi naminə əsası dahi atanız – ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Sizin uğurla davam etdirdiyiniz siyasətin bəhrələri göz qabağındadır. Sizin rəhbərliyinizlə ölkənizin əldə etdiyi uğurlar möhtəşəmliyi ilə hamını heyran qoyur.

Azərbaycanın qazandığı uğurlarda təkcə ölkədə deyil, onun hüdudlarından kənarda da böyük hörmət və nüfuz qazanmış Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətlərini də xüsusi vurğulamaq istərdim.

Dünyada çox az prezident var ki, onlar öz ölkələrinin tarixini yaradırlar. Cənab Prezident, Siz də öz dövlətinizin tarixini yaradan və dünyada gedən tarixi proseslərə təsir göstərən az sayda prezidentlərdən birisiniz. Məhz bunun nəticəsidir ki, beynəlxalq aləmdə Azərbaycanı etibarlı tərəfdaş, öz sözünə sadiq, həmişə dost ölkələrə yardımını əsirgəməyən dövlət kimi tanıyır və qəbul edirlər. Azərbaycan beynəlxalq arenada multikulturalizmi dövlət siyasətinin prioritetlərindən biri elan edən ölkədir. Azərbaycanda müxtəlif millətlərin, dinlərin nümayəndələri harmoniya içərisində yaşayırlar. Multikulturalizmin Azərbaycan modeli bu gün haqlı olaraq dünyanın bir çox ölkələrində öyrənilir və təşviq edilir.

Zati-aliləri, seçkilərdəki qələbəniz münasibətilə Sizi bir daha təbrik edir, Sizə və gözəl ölkəniz Azərbaycana dərin hörmət və ehtiramımı bildirirəm. Azərbaycandan danışanda həmişə yadıma hansının gözəl olması barədə Göy ilə Yerin mübahisəsi düşür. Göy öz gözəlliyinin təsdiqi üçün ulduzları göstərir, Yer isə Azərbaycanı nümayiş etdirir. Bu müqayisəni gözəl ölkənizə olan sevgimin özünəməxsus şəkildə etirafı kimi qəbul etməyinizi xahiş edirəm.

Möhtərəm Prezident, ali dövləti fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar, möhkəm cansağlığı, ailə səadəti, dost Azərbaycan xalqına isə sülh və əmin-amanlıq arzu edirəm".

***
1994-2005-ci illərdə Ukraynanın Prezidenti Leonid Kuçmadan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Seçkilərdə Sizin inamlı qələbəniz uzun illər ərzində gördüyünüz ciddi və hərtərəfli işlərin nəticəsidir. Azərbaycan xalqı Sizin əməyinizi layiqincə qiymətləndirdi. Ölkənizdə sosial-iqtisadi vəziyyət daim yaxşılaşır, müdafiə sahəsinə böyük diqqət yetirilir, millətlərarası və konfessiyalararası həmrəylik qayğı ilə qorunub saxlanılır, regional lider kimi Azərbaycanın statusu möhkəmlənir.

Ukrayna ilə Azərbaycanı çoxsaylı birgə layihələr bağlayır. Əminəm ki, dövlətlərimiz bundan sonra da səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq edəcəklər.

Möhtərəm İlham Heydər oğlu, Sizə daha böyük uğurlar və qələbələr, Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm".

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Təbrik  





Xəbər lenti