Litva prezidenti İlham Əliyevi təbrik edib

Litva prezidenti İlham Əliyevi təbrik edib
  18 Aprel 2018    Oxunub:956
Litva Prezidenti Dalya Qribauskayte Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
AzVision.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Bu mühüm və məsuliyyətli vəzifənin icrasında Sizə uğurlar və müvəffəqiyyətlər, ölkənizə isə davamlı tərəqqi və yüksək rifah arzulayıram.

Mən qətiyyətlə inanıram ki, Sizin rəhbərliyinizlə Litva və Azərbaycan dövlətləri arasında həm ikitərəfli səviyyədə, həm də Azərbaycan ilə Avropa İttifaqı çərçivəsində mövcud olan əməkdaşlıq bundan sonra da fəal və açıq dialoq şəraitində davam edəcək. Ölkələrimizi birləşdirən ortaq maraqlar və daha da genişlənən ikitərəfli münasibətlər ümumi məqsədlərimizə doğru birgə fəaliyyət üçün və vətəndaşlarımızın biznes, təhsil, eləcə də cəmiyyətlərarası mübadilə, turizm və mədəniyyət sahələrində qarşılıqlı faydalı münasibətlərinin möhkəmləndirilməsi istiqamətində yeni imkanlar açacaq.

İcazə verin, Sizi yenidən Prezident seçilməyiniz münasibətilə təbrik edim. Cənab Prezident, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi rica edirəm",

AzVision.az



Teqlər: Litva   İlham-Əliyev   Seçki  





Xəbər lenti