"Ermənistanın işğalçı siyasətini ifşa etmişik" - İlham Əliyev

"Ermənistanın işğalçı siyasətini ifşa etmişik" - İlham Əliyev
  18 Aprel 2018    Oxunub:1082
"Beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyir, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqaşisənin həlli ilə bağlı bizim ədalətli mövqeyimizi dəstəkləyirlər".
AzVision.az xəbər veir ki, bunu Prezident İlham Əliyev aprelin 18-də andiçmə mərasimində çıxışı zamanı deyib. Prezident bildirib ki, son 15 ildə ən mötəbər beynəlxalq təşkilatlar münaqaişə ilə bağlı bizim təklifimizi qəbul edərək çox önəmli qətnamələr qəbul ediblər:

"Göstərilir ki, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. BMT-nin Baş Assambleyası, Qoşulmamam Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, ECO İqtisadi Əməkdaşlıq Təşkilatı və digər təşkilkatlar münaqişə ilə bağlı mövqeyimizi dəstəkləyən qətnamələr qəbul edib. Ondan əvvəlki dövrdə isə BMT Təhlükəsizlik Şurası və ATƏT qətnamə qəbul etmişdir ki, bu da münqaşinəni həlli üçün hüquqi baza yaradır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqaşisənin həlli ilə bağlı beynəlxalq təşkilatların dəstəyini tam qazana bilmişik, Ermənistanın işğalçı siyasətini ifşa etmişik. Ermənistan bu gün bütün regional layihələrdən təcrid edilib"-deyə Prezident İlham Əliyev vurğulayıb.

AzVision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti