Naxçıvanda orta aylıq əməkhaqqı 420 manatdır

Naxçıvanda orta aylıq əməkhaqqı 420 manatdır
  19 Aprel 2018    Oxunub:882
Cari ilin yanvar-fevral aylarında Naxçıvanda orta aylıq əməkhaqqının məbləği 420,3 manat təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövründəki göstəricidən 1,6 faiz çoxdur.
AzVision.az xəbər verir ki, cari ilin ilk rübündə muxtar respublikada 593 yeni iş yeri yaradılıb. Bunun da 582-si və ya 98,1 faizi daimi iş yerləridir.

2018-ci ilin yanvar-mart aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 61 milyon 359 min 400 ABŞ dolları təşkil edib. Xarici ticarət dövriyyəsinin 53 milyon 317 min 300 ABŞ dollarını ixrac, 8 milyon 42 min 100 ABŞ dollarını idxal təşkil edib və 45 milyon 275 min 200 ABŞ dolları dəyərində müsbət saldo yaranıb.

Etibarlı ərzaq təminatı sisteminin yaradılması ixrac potensialını artırıb, 2018-ci ilin ilk rübündə muxtar respublikadan 12 milyon 86 min 600 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Naxçıvan   Ticarət   İxrac   İdxal  





Xəbər lenti