"Azərbaycan Meksikanın mühüm tərəfdaşıdır" - Səfir

"Azərbaycan Meksikanın mühüm tərəfdaşıdır" - Səfir
  19 Aprel 2018    Oxunub:1408
Miqrasiya sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etmək məqsədi ilə 17 aprel Meksikanın Azərbaycandakı Səfiri Rodrigo Labardini ilə Dövlət Miqrasiya Xidmətinin Rəisi Firudin Nəbiyevin arasında görüş keçirilib.
Bu barədə Meksikanın Azərbaycandakı səfirliyindən AzVision.az-a daxil olan məlumatda bildirilib.

Diplomat Azərbaycanın Meksikanın regionda mühüm tərəfdaşı olduğunu vurğulayaraq, iki ölkə arasında olan siyasi və ticarət əlaqələrinin inkişafının vacibliyini bildirdi. Bundan əlavə, Meksika Milli Miqrasiya İnstitutunun fəaliyyəti və strukturu haqqında məlumat verərək, onun tərəfdaşı olan Azərbaycan Dövlət Miqrasiya Xidməti ilə müxtəlif fəaliyyət növləri üzrə əməkdaşlıq imkanlarını vurğuladı.

Öz növbəsində, Firudin Nəbiyev bildirdi ki, Dövlət Miqrasiya Xidməti miqrantların təhlükəsiz, nizamlı və müntəzam hərəkətinə zəmanət verir. Bundan başqa, o qeyd etdi ki, sözügedən dövlət qurumu bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq edir və bu da Meksikanın Milli Miqrasiya İnstitutu ilə əməkdaşlığa maraq göstərməsinə bir səbəbdir, hansı ki, bu sahədə münasibətlərin inkişafına imkan verərək iki ölkə arasında təcrübə mübadiləsinin aparılmasına və qabaqcıl təcrübəyə qarşı bir addım olardı.

Bununla əlaqədar, səfir qeyd edib ki, Meksika miqrasiya məsələlərini əhatə edən müxtəlif beynəlxalq sənədlərinin iştirakçısıdır, və təhlükəsizlik sxemi ilə miqrantların ehtiyaclarını artırmaq məqsədi ilə, Birləşmiş Millətlər Təşkilatının (BMT) çərçivəsində Qlobal təhlükəsiz, nizamlı və müntəzam miqrasiya sazişinının mövcud olduğunu söylədi.

Diplomat qeyd etdi ki, Meksikanın ABŞ-la olan sərhədindən hər gün 1 milyon insan və 400 min nəqliyyat vasitəsi keçir, bu isə təhlükəsiz, nizamlı və müntəzam miqrasiyanın yalnız Meksika üçün deyil, bütün dünya üçün mühüm bir məsələ olduğunu göstərir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Meksika   Azərbaycan  





Xəbər lenti