“Koroğlu” metrosunun "piramida"sı bağlanır

“Koroğlu” metrosunun "piramida"sı bağlanır
  19 Aprel 2018    Oxunub:3376
Aparılacaq təmir işləri ilə əlaqədar "Bakı Metropoliteni" QSC-nin “Koroğlu” stansiyasının "piramida" adlandırılan giriş-çıxışı aprelin 21-dən müvəqqəti olaraq bağlanacaq.
AzVision.az quruma istinadən xəbər verir ki, stansiyanın digər bütün giriş-çıxışları ("Alov" parkı, Nəqliyyat Mübadilə Mərkəzi, Milli Gimnastika Arenası, avtomobil dayanacağı, şəhərətrafı kənd və qəsəbələrə hərəkət edən elektrik qatarları istiqamətində) açıq olacaq.

AzVision.az



Teqlər: Metro  





Xəbər lenti