Fövqəladə Hallar Nazirliyindən
AzVision.az-a bildiriblər ki, hadisə Yasamal rayonunda ümumi sahəsi 60 kvadratmetr olan üçotaqlı mənzildə qeydə alınıb. Nəticədə mənzilin 1 otağı yararsız vəziyyətə düşüb. Yanğınsöndürənlər 3 azyaşlını mənzildən xilas edilərək aidiyyəti üzrə təhvil veriblər.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
AzVision.az