“Dəniz Kuboku - 2018”-in işçi görüşü keçirilib

“Dəniz Kuboku - 2018”-in işçi görüşü keçirilib
  19 Aprel 2018    Oxunub:751
Aprelin 19-da Hərbi Dəniz Qüvvələrinin qərargahında “Beynəlxalq Ordu Oyunları - 2018” yarışları çərçivəsində Azərbaycanın ərazi sularında təşkil olunacaq “Dəniz Kuboku - 2018” müsabiqəsinin planlaşdırılması üzrə işçi görüşü keçirilib.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, Azərbaycan, Rusiya, Qazaxıstan və İran nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə müsabiqənin növbəti dəfə ölkəmizdə təşkilinin əhəmiyyəti vurğulanıb, hazırlıqla bağlı planlaşdırılan məsələlər, görüləcək işlər müzakirə edilib və yarışların keçirilməsi üçün hazırlanan infrastruktura baxış keçirilib.

AzVision.az


Teqlər: MN   Təlim  





Xəbər lenti