“Expo 2025”in ev sahibliyinin xərci 765 milyon avrodur

“Expo 2025”in ev sahibliyinin xərci 765 milyon avrodur
  20 Aprel 2018    Oxunub:1156
Azərbaycanın “Expo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi etməsi ilə bağlı maliyyə məsələlərinin dəqiqləşdirilməsi və ətraflı araşdırılması məqsədilə mütəxəssislər cəlb edilib, bunun üzərində hesablamalar aparılır.
AzVision.az xəbər verir ki, bu barədə maliyyə naziri vəzifəsini icra edən, 2025-ci ildə Beynəlxalq Sərgilər Bürosunun Ümumdünya Ekspo Sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi üzrə İşçi Qrupunun sədri Samir Şərifov deyib.

O, bildirib ki, Bakının ev sahibi seçiləcəyi təqdirdə, yeddi il ərzində hər il üçün təxminən 120 milyon avroyadək xərc gözlənilir. Ümumi olaraq, Ümumdünya Sərgisinin meydançasının qeyd olunan ərazidə tikilib hazırlanması üçün həmin dövr ərzində ümumi xərclərimiz 765 milyon avro məbləğində qiymətləndirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti