"Azərbaycana məxsus alban abidələri erməniləşdirilir"

"Azərbaycana məxsus alban abidələri erməniləşdirilir"
  20 Aprel 2018    Oxunub:2918
"Azərbaycana məxsus alban abidələri erməniləşdirilir. Ermənilərə aid yazılar və digərləri onlara əlavə olunur və turistlərə erməni memarlığının nümunələri kimi təqdim edirlər"
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda keçirilən konfransda deyib:

"Azərbaycanda nə qədər memarlıq abidəsi varsa, erməni alimləri həmin abidələri erməni abidələri adlandırır. Bu istiqamətdə çoxsaylı kitablar yazılıb, filmlər çəkilir. Xristian dövlətləri bizim dediyimiz faktlardan çox ermənilərin dediyinə inanmağa meyillidirlər. Biz bütün sahələrdə güclü olmalıyıq, səylərimizi birləşdirməlidir. Düşünürəm ki, sizin bu işinizə alimlər də cəlb olunmalıdır və bu mövzuların kompleks şəkildə öyrənilməsinə, bu məsələnin həll olunmasına çalışılmalıdır".

Aytən Zəhra
AzVision.az


Teqlər: Gülçöhrə   Abidə  





Xəbər lenti