Zakir Fərəcov özünə birinci müavin təyin etdi - FOTO

Zakir Fərəcov özünə birinci müavin təyin etdi - FOTO
  20 Aprel 2018    Oxunub:9032
Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyinat olub.
AzVision.az-ın məlumata görə, icra başçısı Zakir Fərəcovun sərəncamı ilə bu vəzifəyə Səmədov Teymur Qırımxan oğlu təyin olunub.

T.Səmədov buna qədər Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısınını müavini, İctima-siyasi və humanitar məsələlər şöbəsinin müdiri olub.



Qeyd edək ki, icra başçısı Zakir Fərəcovun I müavini Faiq Kərimov bu ilin yanvar ayında öz ərizəsi ilə işdən ayrılıb.

Anar Kəlbiyev
AzVision.az



Teqlər: Sumqayıt   İcra   Kadr  





Xəbər lenti