KİV haqqında qanuna dəyişiklik edilir

KİV haqqında qanuna dəyişiklik edilir
  20 Aprel 2018    Oxunub:932
Azərbaycanda "Kütləvi informasiya vasitələri haqqında" qanuna dəyişiklik edilir.
AzVision.az xəbər verir ki, qanunun 21-ci (Kütləvi informasiya vasitəsi məhsulunun yayılmasına icazə) maddəsinin 1-ci bəndi yeni redaksiyada verilib. Dəyişikliyə əsasən, "Reklam haqqında" qanunla reklamı qadağan edilmiş malların istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər sponsor ola bilməzlər.

Sponsorun maliyyə yardımı ilə hazırlanmış dövri mətbuat nəşrlərində bu barədə məlumat çap olunmalıdır. Layihədə bildirilib ki, dövri mətbuat nəşrlərdə yayımlanan elanlarda (anonslarda) əmtəə nişanın, reklamvericilərin, sponsorun adının və loqosunun yerləşdirilməsi reklam hesab olunur.

Qanuna əlavəyə əsasən, haqsız, qeyri-dəqiq və gizli reklam “Reklam haqqında" qanununun tələbləri nəzərə alınmaqla təkzib olunur.

Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti