İlham Əliyev Kubanın yeni rəhbərini təbrik edib

İlham Əliyev Kubanın yeni rəhbərini təbrik edib
  20 Aprel 2018    Oxunub:1422
Prezident İlham Əliyev Kuba Respublikası Dövlət Şurasının Sədri Migel Dias-Kanel Bermudesə təbrik məktubu göndərib.
AzVision.az xəbər verir ki, məktubda deyilir: "Kuba Respublikası Dövlət Şurasının Sədri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Kuba arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişafı və möhkəmləndirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Kuba xalqının rifahı naminə qarşıdakı məsul işinizdə uğurlar diləyirəm".

AzVision.az


Teqlər: İlham-Əliyev   Kuba  





Xəbər lenti