Sabah Azərbaycanın yeni baş naziri seçiləcək

Sabah Azərbaycanın yeni baş naziri seçiləcək
  20 Aprel 2018    Oxunub:7021
Sabah - aprelin 21-də Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
Bu barədə AzVision.az-a parlamentin mətbuat xidmətindən məlumat verilib. İclasda Azərbaycanın yeni baş nazirinin təsdiqlənməsi ilə bağlı məsələ müzakirəyə çıxarılacaq.

Məlumatı AzVision.az-a millət vəkili, prezidentliyə keçmiş namizəd Araz Əlizadə təsdiqləyib. O, bildirib ki, sabahki iclasda yeni baş nazir seçiləcək.

"Mənə zəng edərək sabah iclasın olduğunu bildirdilər. Qeyd etdilər ki, iclasın gündəliyinə yeni baş nazirin seçilməsi daxildir".

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinə əsasən, Baş nazirin namizədliyi prezident tərəfindən irəli sürülür və həmin namizəd Milli Məclisə təqdim edilir. Prezident Milli Məclisin razılığı ilə həmin namizədi Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edir.

Anar Kəlbiyev
AzVision.az



Teqlər: Milli-Məclis   Baş-nazir  





Xəbər lenti