Bakıda polis bölməsində top mərmiləri tapıldı

Bakıda polis bölməsində top mərmiləri tapıldı
  20 Aprel 2018    Oxunub:1097
Bu gün saat 13:10-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakının Nərimanov rayonu, M.Nərimanov küçəsi 1 ünvanında mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AzVision.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu əraziyə göndərilib.

Rayonun 17-ci polis bölməsinin inzibati ərazisinə baxış keçirilib, üç ədəd boş top mərmisi (1 ədəd 100 mm-lik OF-412, 1 ədəd 122 mm-lik S-463 və 1 ədəd 122 mm-lik OF-530) aşkar olunub. Mərmilər götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

AzVision.az


Teqlər: ANAMA   Mərmi  





Xəbər lenti