Hərbi hissələrdə müsabiqə keçirilir

Hərbi hissələrdə müsabiqə keçirilir
  21 Aprel 2018    Oxunub:1103
2018-ci il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunda “Ən yaxşı ictimai-siyasi hazırlıq dərsinin qrup rəhbəri” müsabiqəsi təşkil olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qoşun növləri, birlik, birləşmə, əlahiddə hərbi hissələrdə və xüsusi təyinatlı təhsil müəssisələrində keçirilən müsabiqənin məqsədi hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji keyfiyyətlərinin təkmilləşdirilməsi, eləcə də hərbi intizamın daha da möhkəmləndirilməsi və qabaqcıl təcrübənin təbliğidir.

Müsabiqənin qalibləri xüsusi komissiya tərəfindən müəyyən ediləcək.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti