Prezident bu şəxsləri təltif etdi - SİYAHI

Prezident bu şəxsləri təltif etdi - SİYAHI
  23 Aprel 2018    Oxunub:1189
Prezident İlham Əliyev akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az-ın xəbərinə görə, Azərbaycanda oftalmologiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Əməkdar elm xadimi” - Kərimov Kərəm Təbriz oğlu
“Əməkdar həkim” - Ağayev Misirxan Muradxan oğlu, Şamilova Faiqə Hacıbala qızı.


Eyni zamanda prezident İlham Əliyev "Mədəni irsin qorunması və bərpası sahəsində çalışan bir qrup mütəxəssisə fəxri adların verilməsi haqqında" sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasında mədəni irsin qorunması və bərpası sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Əməkdar memar”

Hüseynova Leyla Qafar qızı
Məmmədov Ədalət Eyvaz oğlu

“Əməkdar mühəndis”

Kərimli Telman Nəcəf oğlu
Sultanov Zakir İmran oğlu

“Əməkdar mədəniyyət işçisi”

Nuriyev Fuad Lütvəliyeviç.

AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti