Prezidentdən Diaspor Komitəsinə yeni sədr təyinatı

Prezidentdən Diaspor Komitəsinə yeni sədr təyinatı
  23 Aprel 2018    Oxunub:6845
Deputat Fuad Muradov Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.
AzVision.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev aprelin 23-də “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb.

Qeyd edək ki, F.Muradov bu təyinatadək Milli Məclisin Gənclər və idman komitəsinin sədri olub.

AzVision.az


Teqlər: Fuad-Muradov  





Xəbər lenti