Prezidentin Türkiyəyə səfərinin proqramı açıqlandı

Prezidentin Türkiyəyə səfərinin proqramı açıqlandı
  24 Aprel 2018    Oxunub:1797
Azərbaycan Prezidenti İlham Əliyev sabah Türkiyəyə rəsmi səfərə gedəcək.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, Prezident İlham Əliyevin səfəri 24-25 aprel tarixlərinə planlaşdırılıb. Ölkə başçısı səfər zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək, bundan əlavə VII Türkiyə- Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək.

Görüşlərdə iki ölkə arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, regional və beynəlxalq məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, bu, prezident İlham Əliyevin 11 aprel seçkilərindən sonra baş tutacaq ilk xarici səfəridir.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Türkiyə   Səfər  





Xəbər lenti