Təmas xəttində növbəti monitorinq keçiriləcək

Təmas xəttində növbəti monitorinq keçiriləcək
  24 Aprel 2018    Oxunub:738
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 25-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster keçirəcəklər.

Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Oqnyen Yoviç, Mixail Olaru və Saymon Tiller keçirəcəklər.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   ATƏT   Monitorinq  





Xəbər lenti