Bakı metrosunda problem: Sıxlıq yarandı (FOTO)

Bakı metrosunda problem: Sıxlıq yarandı (FOTO)
  24 Aprel 2018    Oxunub:4539
Bu gün səhər saatlarında Bakı metrosunda sıxlıq müşahidə edilib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzVision.az-a bildirib ki, "Həzi-Aslanov" - "İçərişəhər" istiqamətində hərəkət edən qatarlardan birinin qapısında nasazlıq yaranıb və həmin qatar xəttdən kənarlaşdırılıb.
Bu səbəbdən qatarlararası interval artıb. "Stansiyalarda sıxlıq yaranıb. Hazırda problem aradan qaldırılıb" -deyə N.Paşayev vurğulayıb.





Anar Kəlbiyev
AzVision.az




Teqlər: Bakı   Metro   Sıxlıq  





Xəbər lenti