Sergey Narışkin İlham Əliyevin qəbulunda - (Yenilənib)
Sergey Narışkin Rusiya Prezidenti Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, İlham Əliyevi prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik etdi, bunu Azərbaycan xalqının böyük etimadı kimi dəyərləndirərək seçkilərin nəticələrini həm də Azərbaycan xalqının qələbəsi kimi qiymətləndirdi.
Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev həm Azərbaycanda, həm də Rusiyada keçirilən son prezident seçkilərinə toxunaraq qeyd etdi ki, bütün bunlar Rusiya və Azərbaycan rəhbərliyi tərəfindən həyata keçirilən siyasətə xalqlarımızın verdiyi dəstəyin nümayişidir.
Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya Prezidentinə çatdırmağı xahiş etdi.
AzVision.az
Teqlər: İlham-Əliyev Prezident Narışkin