Gömrük Komitəsinin yeni sədri kimdir? – DOSYE

  24 Aprel 2018    Oxunub : 18019
Gömrük Komitəsinin yeni sədri kimdir? – DOSYE
Xəbər verdiyimiz kimi, ötən gün prezident İlham Əliyevin imzaladığı sərəncamla Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri təyin olunub. O, bu vəzifədə Aydın Əliyevi əvəz edib.

AzVision.az xəbər verir ki, Mehdiyev Səfər Məmməd oğlu 1973-cü il martın 17-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olub.
1998-ci ildə Türkiyənin Ege Universitetinin Beynəlxalq iqtisadi əlaqələr fakültəsini bitirib. Əmək fəaliyyətinə 1990-cı ildə Naxçıvan MR, Babək rayonu Nehrəm kənd kolxozunda başlayıb.

1999-2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin inspektoru, böyük inspektoru, Gömrük dəyəri şöbəsinin rəisi, həmin Baş İdarənin rəis müavini vəzifələrində çalışıb.

2004-cü ilin fevral ayından 2006-cı ilin fevral ayına qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində işləyib.

2006-cı ilin fevral ayından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışıb. Gömrük xidməti general-leytenantıdır.

Ailəlidir, iki övladı var.

AzVision.az

Teqlər: Gömrük   Səfər-Mediyev