BMT-nin baş katibi Qarabağla bağlı çağırış etdi

BMT-nin baş katibi Qarabağla bağlı çağırış etdi
  24 Aprel 2018    Oxunub:1887
BMT Dağlıq Qarabağ münaqişəsi tərəflərini problemin dinc yolla nizamlanması üzrə səyləri artırmağa çağırıb.
AzVision.az xəbər verir ki, bu barədə təşkilatın baş katibi Antoniu Quterreşin qurumun rəsmi saytında yerləşdirilən bəyanatında bildirilib.

"Baş katib ATƏT-in Minsk qrupunun tərəfləri təmas xətti boyunca istənilən potensial gərginliyin qarşısını almağa və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə səyləri artırmağa çağıran bəyanatına qoşulduğunu bəyan edib", - deyə bəyanatda vurğulanıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: BMT   Qarabağ  





Xəbər lenti