“Fransa Qarabağın həlli üçün var qüvvəsi ilə çalışacaq” - Makron

“Fransa Qarabağın  həlli üçün var qüvvəsi ilə çalışacaq” - Makron
  24 Aprel 2018    Oxunub:1738
Fransa prezidenti Emmanuel Makron Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışıb.
AzVision.az-ın məlumatına görə, Makron Azərbaycan prezidenti seçilməsi münasibəti İlham Əliyevə göndərdiyi təbrik məktubunda bildirib ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli istiqamətində var qüvvəsi ilə çalışacaq.

Qeyd edək ki, Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılan ATƏT-in Minsk qrupunun üzvüdür.

AzVision.az


Teqlər: Fransa   Qarabağ  





Xəbər lenti