Lukaşenko İrəvandakı hadisələrdən danışdı: “Onları bir-bir öldürəcəklər”

Lukaşenko İrəvandakı hadisələrdən danışdı: “Onları bir-bir öldürəcəklər”
  24 Aprel 2018    Oxunub:2534
Belarus prezidenti Aleksandr Lukaşenko hesab edir ki, Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələr Ermənistan rəhbərliyinə ölkədəki vəziyyətin gərginləşməməsinə görə yardım edə bilərdi.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
"Yaxın vaxtlarda Rusiyada, bizdə, Qazaxıstanda və Aİİ-yə üzv digər ölkələrdə bu problemi müzakirə etməyə başlayacaqlar. Siz Ermənistanda baş verənlərə görə günahsız olduğumuzu demək istəyirsiniz? Xatırlayırsınız, bir il əvvəl Ermənistan hökuməti guya çıxış olmadığı üçün təbii qazın qiymətlərini qaldırdı..., sonra isə qiymətləri aşağı salmağa məcbur oldu. Bu, bizdən asılı deyildi?”, - deyə Belarus prezidenti vurğulayıb.

Onun sözlərinə görə, əgər tərəfdaşlar bir-birilərini dəstəkləmədən hərəkət etsələr, onda onları sadəcə bir-bir öldürəcəklər, ən yaxşı halda bu ittifaqdan çıxaracaqlar.

Qeyd edək ki, ötən gün Ermənistanın baş naziri Serj Sarkisyan vəzifəsindən istefa verib. Aprelin 13-dən başlayaraq İrəvanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları keçirilib. Sarkisyan cəmi 6 gün ölkənin baş naziri ola bilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Lukaşenko   Ermənistan  





Xəbər lenti