“Xoşbəxtliyiniz yarım qalmasın” layihəsinə start verilib

“Xoşbəxtliyiniz yarım qalmasın” layihəsinə start verilib
  20 Aprel 2018    Oxunub:453
20 aprel 2018-ci il tarixində “Xoşbəxtliyiniz yarım qalmasın” layihəsi çərçivəsində “ASAN xidmət” mərkəzlərinin könüllüləri üçün həkim-hematoloq Nərmin Verdiyeva tərəfindən talassemiya ilə bağlı ilk maarifləndirici görüş keçirilib.
AzVision.az xəbər verir ki, görüşdə bu xəstəliyin yaranma səbəbləri, əlamətləri, onunla mübarizə yolları mövzusunda təqdimatlar edilib.



Qeyd edək ki, “Xoşbəxtliyiniz yarım qalmasın” layihəsi “ASAN xidmət”, Respublika Müalicəvi Diaqnostika Mərkəzi və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilir. Gənclərin cinsi və digər yol ilə keçən infeksion ,həmçinin qan xəstəlikləri barədə məlumatlandırılması məqsədi ilə layihə çərçivəsində ixtisaslaşmış həkim-mütəxəssislər tərəfindən maarifləndirici görüşlər, təlimlər təşkil olunacaq.









AzVision.az


Teqlər: ASAN  





Xəbər lenti