Ötən il 55 insan alverçisindən 32-si tutulub

Ötən il 55 insan alverçisindən 32-si tutulub
  25 Aprel 2018    Oxunub:1014
İnsan Alveri və məcburi əmək faktlarına görə başlanmış cinayət işlərində 28-nin istintaqı tamamlanaraq 33 şəxs (25-i qadın, 8-i kişi) məhkəmə məsuliyyətinə verilib.
AzVision.az-ın xəbərinə görə, bu, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2017-ci il üzrə illik məlumatında əks olunub. Qeyd olunub ki, onlardan 29-u barəsində ittiham hökmləri çıxarılaraq 23 nəfəri şərti məhkum olunub, 5 nəfər azadlıqdan məhrum edilmiş, 1 nəfər barədə hökmün icrası təxirə salınıb.

İnsan alveri cinayətləri törətdiklərinə görə axtarışa elan olunmuş 55 təqsirləndirilən şəxsdən 32-i və ya 58%-i tutulub, o cümlədən İNTERPOL-a üzv ölkələrin ərazisində 2 nəfərin yeri müəyyən edilib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: DİN   İnsan-alveri  





Xəbər lenti