Cümhuriyyətin 100 illiyi ilə əlaqədar medal təsis edilir

Cümhuriyyətin 100 illiyi ilə əlaqədar medal təsis edilir
  25 Aprel 2018    Oxunub:1750
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə medal təsis olunur.
AzVision.az-ın məlumatına görə, bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik ediləcək.

Dəyişikliyə əsasən, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiiyi (1918-2018)” yubiley medalı təsis ediləcək.

Bu medalla Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif olunacaqlar. Medal döşün sol tərəfinə, digər orden və medalları olduqda, ondan sonra taxılır.

Medal bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, səkkizguşəli dalğavari kontorlu, diametri 40 mm olan, üzərində ikitərəfli hamar şualı səkkizguşəli ulduz yerləşdirilən lövhədən ibarətdir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Parlament   Medal   Yubiley  





Xəbər lenti