“Azərbaycanla Türkiyə qədər bir-birinə yaxın olan iki dövlət yoxdur” - Prezident

  25 Aprel 2018    Oxunub : 692
“Azərbaycanla Türkiyə qədər bir-birinə yaxın olan iki dövlət yoxdur” - Prezident
Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanla görüşüb.
AzVision.az xəbər verir ki, TBMM-də baş tutan görüşdə ölkə başçısı Azərbaycan və Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu bildirib.

Əlaqələrin tarixi köklərə söykəndiyini vurğulayan prezident bildirib ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan iki dövlət yoxdur.

Türkiyə və Azərbaycanın həm iki tərəfli, həm də çoxtərəfli münasibətlərdə əməkdaşlıq etdiyini bildiriən prezident deyib ki, bundan sonrakı mərhələdə əlaqələr daha da möhkəm olacaq.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham ƏliyevTürkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanın görüşü mətbuata qapalı keçirilib.

Kənan Məmmədov
AzVision.az

Teqlər: İlham-Əliyev   Türkiyə