Ötən il dilənçilik edən 570 uşaq müəyyən edilib

Ötən il dilənçilik edən 570 uşaq müəyyən edilib
  25 Aprel 2018    Oxunub:3418
Məcburi əmək faktlarının proflaktikası işində mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri də ölkədə olma və yaşama qaydalarını pozan 20 min 285 əcnəbi müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib, o cümlədən 6 min 330 nəfərin ölkə hüdudlarından kənara çıxarılıb.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2017-ci il üzrə illik hesabatında qeyd olunub.

Hesabatda bildirilib ki, uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə ərazi polis orqanları tərəfindən keçirilən reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 570 uşaq müəyyən olunub. Müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin və ya məcburi əməyin qurbanı olması təsdiqlənib. Lakin həmin uşaqlara müvafiq qayğı və yardımın göstərilməsi, onların sosial problemlərinin həlli ilə əlaqədar icra hakimiyyətləri yanında fəaliyyət göstərən komissiyalara, qəyyumluq və himayədarlıq qurumlarına baxılması üçün 450 material göndərilib. Eyni zamanda, onların təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 220 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb.

Həmçinin keçə həyatına məruz qalan 150 yetkinlik yaşına çatmayan şəxsə və onların valideynlərinə Bakı, Gəncə və Quba şəhərlərində fəaliyyət göstərən “Baxımsız, kimsəsiz uşaqlar üçün Sığınacaq və Reablitasiya müəssisəsi”, “Uşaq hüquqları klinikası” və “Uşaq və gənclərin sosial realblitasiyası mərkəzi”ndə hüquq və psixoloji yardımlar göstərilib.

Ötən il övladlığa götürülən, qəyyumluğa və himayəyə verilən 124 uşağın yaşayış şəraiti də nəzarətdə saxlanılıb, Ailə, Qadın, və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən onların yaşadıqları ünvanlarda monitorinqlər keçirilərək zəruri sosial və tibbi yardımla əhatə olunmaları təmin edilib.

Qeyd edək ki, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2017-ci il üzrə illik hesabatı parlamentin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq. Hesabatı daxili işlər nazirinin birinci müavini, İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator Vilayət Eyvazovun təqdim edəcəyi gözlənilir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Hesabat   Parlament  





Xəbər lenti