Prezident Ankarada Anıtqəbiri ziyarət edib

Prezident Ankarada Anıtqəbiri ziyarət edib
  25 Aprel 2018    Oxunub:898
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəyə - Anıtqəbirə gəldi.

AzVision.az xəbər verir ki, dövlətimizin başçısı böyük Atatürkün məzarını ehtiramla ziyarət etdi.
Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoydu. Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edildi. Sonra xatirə şəkilləri çəkdirildi. Dövlətimizin başçısı Xatirə kitabına ürək sözlərini yazdı.

AzVision.az


Teqlər: Prezident   İlham-Əliyev   Ankara  





Xəbər lenti