"Seçkidən sonra ilk səfərimi Azərbaycana edəcəyəm" - Ərdoğan

"Seçkidən sonra ilk səfərimi Azərbaycana edəcəyəm" - Ərdoğan
  25 Aprel 2018    Oxunub:1962
"Azərbaycan prezidenti İlham Əliyevi Ankarada qəbul etməkdən məmnunluq hissi keçirirəm. Azərbaycan nümayəndə heyətinə xalqım və öz adımdan təşəkkür edirəm"

AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfrasında deyib.
Ərdoğan qeyd edib: "Azərbaycanda keçirilən prezident seçkilərində qalib gələn İlham Əliyev ilk ziyarətini Türkiyəyə etdi. Bu rəsmi ziyarətə görə ona xüsusi təşəkkürümü bildirirəm. Seçkilərdə qalib gəldiyinə görə təbrik edirəm. Türkiyə ilə Azərbaycan hərbi, iqtisadi, siyasi sahədə birgə əməkdaşlıq edəcək. Bu mövzuda düşüncəmiz qətidir. 24 iyunda Türkiyədə keçiriləcək seçkilərdə sonra qalib gəlsəm, ilk xarici səfərimi Azərbaycana edəcəyəm".

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Ərdoğan   Türkiyə  





Xəbər lenti