“Bizə Türkiyə qədər heç kim dəstək verməyib” - İlham Əliyev (Yenilənib)

  25 Aprel 2018    Oxunub : 1354
“Bizə Türkiyə qədər heç kim dəstək verməyib” - İlham Əliyev (Yenilənib)
Ankarada səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərə dəvət edib.

AzVision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında deyib. Ölkə başçısı bildirib ki, Türkiyə və Azərbaycan birliyi, qardaşlığı çox möhkəmdir və onun böyük gələcəyi var.
"Türkiyə böyük yol keçib. Biz Türkiyədəki prosesləri diqqətlə izləyir və əldə edilən uğurları sevinclə qarşılayırıq. Türkiyə dünya miqyasında gücdür. Türkiyəni sevənlər sevinir, sevməyənlərin kefi pozulur. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Türkiyə qədər bizə heç kim dəstək verməyib. Bu dəstək bizə əlavə güc verir. Münaqişə beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həll olunmalıdır. Azərbaycan beynəlxalq təşkilatlarda Türkiyəni dəstəkləyir. "Zeytun budağı" əməliyyatının uğurla keçirilməsi ilə bağlı qardaş türk xalqını təbrik edirəm", deyə Prezident İlham Əliyev vurğulayıb.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: Prezident   Türkiyə   İlham-Əliyev