İlham Əliyev: "Layihələrimizin böyük siyasi mənası var"

İlham Əliyev: "Layihələrimizin böyük siyasi mənası var"
  25 Aprel 2018    Oxunub:1758
“Bu gün biz Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən tərtib edirik”

AzVision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi mətbuat konfrasında deyib.
Ölkə başçısı bildirib ki, bu layihələr bizim gücümüzü artırır, regional iş birliyini möhkəmləndirir, bölgədə sabitliyi təmin edir: “Bizim birgə həyata keçirdiyimiz layihələr sadəcə iqtisadi məna daşımır. Bunların çox böyük siyasi mənası var. Bu layihələr təhlükəsizliyi möhkəmləndirən layihələrdir. Əminəm ki, bundan sonra da birgə həyata keçirəcəyimiz layihələr uğurla baş çatacaq”.

Prezident qeyd edib ki, iki ölkə arasında qarşılıqlı sərmayə qoyuluşu daha da artır: “Bu günə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 14 milyard dollar, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox sərmayə qoyub. Yalnız qardaş ölkələrə bu qədər böyük məbləğdə yatırım edilə bilər. Yaxın gələcəkdə TANAP və “Star” zavodunun açılışı imkanlarımızı daha da artıracaq. Ticarət dövriyyəsi də artacaq. Azərbaycan investisiyası hesabına Egey bölgəsinin ən böyük limanı olan Petlim limanı inşa edilib. Bu, Türkiyənin üçüncü böyük limanıdır”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Türkiyə   Səfər  





Xəbər lenti